Stefano Pioli İtaliyanın “İnter” futbol klununun baş məşqşisi vəzifəsinə təyin edilib. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha əvvəl bu vəzifədə hollandiyalı Frank de Bur çalışırdı. O, uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılmışdı. S. Pioli ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub. Onun köməkçiləri Cakomi Murelli və Davide Lukarelli olacaqlar. S. Piolinin sonuncu iş yeri “Latsio” olub. O, “Latsio”nu apreldə tərk edib. “İnter” ölkə çempionatında 12 turdan sonra 17 xalla 9-cu yeri tutur.