Ermənistanın Baş naziri Nikol Paşinyan Kristinne Qriqoryanın bu yaxınlarda yaradılmış Xarici Kəşfiyyat Xidmətinin (SVR) ilk rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, K.Qriqoryan respublikanın keçmiş ombudsmanıdır. O, 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ombudsman vəzifəsini icra edib.