
Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Xankəndi-Laçın yolunda olublar.
Yeniavaz.com xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.

***10.42
BMT-nin missiyası Qarabağa gəlib.
Yenavaz.com APA-ya istinadla xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
BMT missiyası Xankəndinə keçdilər.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.





