Maykl Qembon dünyasını dəyişdi


Dünyaca məşhur irlandiyalı aktyor Maykl Qembon dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, o, 82 yaşında xəstəxanada vəfat edib.
M. Qembon “Harri Potter” haqqında çəkilən səkkiz filmdən altısında professor Albus Dambldor obrazını canlandırmış və bununla da dünya miqyasında şöhrət qazanmışdı.
İrlandiyanın paytaxtı Dublində anadan olan Maykl Qembon 50 illik karyerası ərzində televiziya, kino, teatr və radio sahələrində fəaliyyət göstərib.
O, dörd dəfə Baftaya (British Academy of Film and Television Arts) layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top