
“Biz Qarabağda keçirilən antiterror tədbirlərindən sonra regiondakı vəziyyəti diqqətlə izləyirik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir:
“İki dövlət, bir millət” şüarı altında hərbi təlimlərimiz və məsləhətləşmələrimiz davam edir. Azərbaycanlı qardaşlarımızı haqlı mübarizələrində dəstəkləyirik. Qəhrəman Azərbaycan Ordusunun 30 ildir işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı 44 günlük müharibənin üçüncü ildönümü və 27 Sentyabr - Anım Günü münasibəti ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi rəhmət və ehtiramla anır, qazilərimizi hörmət və minnətdarlıqla yad edirik”.