
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,42 dollar, yaxud 0,41 % azalaraq 100,78 dollar olub.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 93,88 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.