“Paşinyanın bu mesajı göstərir ki, Ermənistan hələ də ərazi iddiasındadır” – Rəsmi Bakı


“Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşunun yaradılmasının “ildönümü” münasibətilə qondarma "təbrik mesajı" verərək daha bir son dərəcə təxribatçı addım atdı”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.
“Ermənistan baş naziri bir daha “erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ"na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi; Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirmiş oldu.
Xatırladaq ki, bu taktika Ermənistan tərəfindən 30 il ərzində Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün istifadə edilib. Baş nazirin mesajı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsinin növbəti təsdiqindən başqa bir şey deyil, bu ölkə bütün mövcud vasitələrlə, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə ərazimizdə separatçılığın qızışdırılmasını dayandırmaq niyyətində deyil”, - brifinqdə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top