Rusiyada məhkəmə Rövşən Əsgərovu cərimələdi


Moskvanın Savelovski Məhkəməsi azərbaycanlı jurnalist, “Nə? Harada? Nə vaxt?” teleşousunun keçmiş oyunçusu Rövşən Əsgərovu cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Məhkəmə R.Əsgərovu xarici agent qaydalarını pozmaqda təqsirli bilib.
 “Moskvanın Savelovski Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə Əsgərov Rövşən Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və 40 min rubl məbləğində inzibati cərimə şəklində cəzalandırılıb”, - mətbuat xidməti bildirib.
Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent siyahısına daxil edilib. İstintaq müəyyən edib ki, o, özünün Feysbuk səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top