Soçidə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş planlaşdırılır.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, görüş üçün mümkün tarix kimi sentyabrın 4-ü göstərilir.
Liderlərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, Türkiyə liderinin özü də sentyabrda Putinlə görüşünü istisna etməyib.