2024-cü ildə BRİKS-ə altı ölkə qoşulacaq


Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulacaq.
Yeniavaz.com TASS-a istinadla xəbər veriir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS-in 15-ci sammitindən sonra keçirilən mətbuat konfransında deyib:
"Biz Argentina Respublikası, Misir Ərəb Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərini BRİKS-in tamhüquqlu üzvü olmağa dəvət etmək qərarına gəldik. Üzvlük 2024-cü il yanvarın 1-dən qüvvəyə minir”, - Cənubi Afrika lideri bildirib.
Ramafosa bildirib ki, BRİKS-in genişlənməsi təkcə bir mərhələ ilə məhdudlaşmayacaq:
"Beş BRİKS ölkəsi BRİKS-in genişlənməsi prosesi üçün prinsiplər, standartlar, meyarlar və prosedurlar haqqında razılığa gəliblər. Biz genişlənmə prosesinin həm birinci, həm də digər mərhələləri üçün konsensus əldə etmişik".
Qeyd edək ki, BRİKS sürətlə inkişaf edən beş ölkədən ibarət bir birlikdir. Üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasıdır. Birliyin adı bu ölkələrin ingiliscə baş hərflərindən meydana gəlir: Brazil, Russia, India, China, South Africa - BRICS. 2011-ci ilə qədər birliklə bağlı BRİK abreviaturası istifadə olunurdu. CAR-ın birliyə qoşulması ilə 18 fevral 2011-ci ildən BRİKS adını daşımağa başladı.
BRİKS-in ilk sammiti 16 iyun 2009-cu ildə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top