Matç başa çatdı.
"Qarabağ" pley-offa yüksələrək ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib. Ağdam klubu Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.
***
"Qarabağ" 55-ci dəqiqədə ikinci qolu vurdu. Yassin Benzia fərqləndi.
***
İlk hissənin 11-ci dəqiqəsində HİK-in futbolçusu Hostikka Santeri hesabı açıb – 1-0.
Daha sonra meydan sahibləri azlıqda qalıb.
Belə ki, matçın 16-cı dəqiqəsində rəqibin heyətində Kevin Kuassivi-Benissan ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
45+4-cü dəqiqədə isə "Qarabağ" hesabı bərabərləşdirib.
Belə ki, Toral Bayramov 45+4-cü dəqiqədə rəqib qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
İlk hissə bu hesabla başa çatıb.
***
Təmsilçimiz "Qarabağ"la HİK arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu Finlandiyada "Bolt Arena"da başlayıb.
Yeniavaz.com xəbər verir ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Komandalar aşağıdakı heyətlərlə meydana çıxıblar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka.