İtkin düşən hərbçimizin atası vəfat edib


Vətən müharibəsində itkin düşən hərbçimiz Asim Mehdiyevin atası Yaqub Mehdiyev dünyasını dəyişib.
Yeniavz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vətən müharibəsində Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.
Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşan A. Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top