
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin keçirdiyi tender müsabiqəsinin qalibi “Gara Trade” MMC olub.
Yeniavaz.com xəbər verir ki, Naxçıvan MR Nazirlər Kabineti Xidməti minik avtomobili alınması üçün “Gara Trade” MMC-yə 62 min 500 manat ödəyəcək.
Məlumatda qeyd edilib ki, alınacaq avtomobil Yaponiya istehsalıdır.
Nizamnamə kapitalı 1 manat olan “Gara Trade” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Eldar Babayev, ev M4, m. M3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Əbülfəz Xaspolad oğludur.
Elnur Əli