Nigerdə qiyamçılar prezidenti qovdular – Sərhədlər bağlandı


Afrika ölkəsi Niger Respublikasının hərbçiləri Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və respublikanın sərhədlərinin bağlandığını elan ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” hərbçilərin milli televiziyada verdiyi açıqlamaya istinadən məlumat yayıb.
“Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - agentlik hərbçilərin sözlərindən sitat gətirib.
Hərbi qiyamçıların milli televiziyada verdiyi açıqlamaya istinad edən “Agence France-Presse”in məlumatına görə, qiyamçılar həm də ölkədəki bütün qurumların fəaliyyətini dayandırdığını açıqlayıb.
“Al Hadath TV” xəbər verir ki, daha sonra hərbi üsyançılar köçkün hökumət nümayəndələrinə fiziki toxunulmazlığa zəmanət verən bəyanat yayıblar.
“Biz keçmiş hakimiyyətin insan hüquqlarına uyğun olaraq fiziki və mənəvi toxunulmazlığına hörməti bir daha təsdiqləyirik”, - kadrda hərbi geyimli 9 nəfərdən biri polkovnik Amadu Abdrama televiziyada sənəddən oxuyub. Onlar əlavə ediblər ki, “təhlükəsizlik, iqtisadi və sosial vəziyyətin pisləşməsi səbəbindən bu sistemə son qoymaq” qərarına gəliblər.
Ümummilli komendant saatı saat 19:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 22:00-dan 08:00-a qədər) tətbiq edilib.
Xatırladaq ki, ötən gün Nigerdə ​​prezident qvardiyasından bəzi əsgərlər paytaxt Niameydəki Prezident Sarayını mühasirəyə alıb, hərbi maşınlar Prezident Sarayının girişini bağlayıb. Təhlükəsizlik mənbələri sarayın yanındakı nazirliklərə girişin də bağlandığını qeyd ediblər. Prezident Administrasiyasının rəsmisi bildirib ki, saray daxilindəki işçilərin ofislərə çıxışı yoxdur. Prezident Məhəmməd Bazumun sarayda olub-olmadığı barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top