Messi "İnter Mayami"nin kapitanı olacaq


Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"nin kapitanı olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "TyC Sports"un jurnalisti Qaston Edul məlumat yayıb.
Mənbənin məlumatına görə, komanda ilə ilk məşqdən sonra Messi və Serxio Buskets meydanda qalaraq gənc futbolçularla işləyib, onlara məsləhətlər veriblər.
Messi və Buskets "İnter Mayami" ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.
36 yaşlı argentinalının ildə 60 milyon dollara qədər maaş alacağı bildirilirdi.

DİGƏR XƏBƏRLƏR

Top