Ağır xəstə olan ana və övladının köməyə ehtiyacı var... – Fotolar


Əliyevlər ailəsinin köməyə ehtiyacı var.
Bu barədə 2 övladı ilə birgə Xəzər rayonunda yaşayan Nəcibə Əliyevanın yaxınları Yeniavaz.com-a məlumat veriblər.
Bildirilib ki, biri 18, digəri 13 yaşlı övladları olan N. Əliyevanın bir ayağı amputasiya olunub:
“Ana ağır şəkər xəstəsi olub və bir ayağı amputasiya olunub. Əlavə olaraq da ağ ciyərində dəlik var və vəziyyəti çox ağırdır. Təəssüflər olsun ki, ailənin kiçik övladı da ağır şəkər xəstəsidir və ona tibb elmində nadir xəstəliklərdən olan Vilson xəstəliyi (qaraciyərinə mis yığılır) diaqnozu qoyulub. Uşağın hal-hazırda vəziyyəti çox ağırdır, 13 yaşında olmasına baxmayaraq 32 kq çəkiyə düşüb. Bədən çəkisi azalır, lakin qaraciyəri sürətlə böyüyür. Uşaqların atası rəhmətə gedib və ailənin demək olar ki, gəlir yeri yoxdur. Nəcibə xanım və övladı Əlinail təcili müalicə olunmalıdır, kömək etməyinizi xahiş edirik”.
Telefon: 050 388 78 94 (Əlinail Əliyev)
Kapital Bank: 5103 0714 5626 3132







Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top