
Seneqaldan İspaniyanın Kanar adalarına üç qayıqla gedən ən azı 300 miqrant itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Walking Borders” miqrantlara dəstək təşkilatı məlumat yayıb.
Onların Kanar adaları yaxınlığında itkin düşdüyü ehtimal edilir.
Təşkilatın əməkdaşı Helena Maleno bildirib ki, birində təxminən 65, digərində isə 50-60 nəfər olan iki qayıq Seneqaldan çıxdıqdan sonra 15 gün ərzində itkin düşüb.
Üçüncü gəmi isə təxminən 200 sərnişinlə iyunun 27-də Seneqalı tərk edib.