
“Mərcan” brendi altında quş əti məhsulları istehsal edən “Azerbaijan Poultry Company” MMC (VÖEN – 7400292661) nizamnamə kapitalını artırıb.
Yeniavaz.com xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 64 milyon 995 min 200 manata çatdırılıb.
Məlumat üçün bildirək ki, “Azerbaijan Poultry Company” MMC 10.09.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC ölkənin aparıcı şirkətlərindən biri olan “Lu-Mun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.
2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holdinq” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir.
“Lu-Mun Holdinq”in balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və qızılgüllər istehsalı sahəsində “Azerbaijan Flowers Company” MMC törəmə müəssisələri mövcuddur.
“Lu-Mun Holdinq” ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər prospekti 153-də yerləşir.
Onu da qeyd edək ki, “Lu-Mun Holdinq” ötən ili 13 milyon 524 min manat xalis zərərlə başa vurub.
“Mərcan” brendi “Azerbaijan Poultry Company” MMC-dən əvvvəl “Ucaq Aqro” MMC adlı şirkətə məxsus olub. Bu şirkət sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə bağlı olan “Garant Holding”in tərkibində fəaliyyəyt göstərib.
Elnur Əli