Tramp 88 ildən sonra ilkə imza atır

ABŞ-da prezident seçkilərinin qalibi Respublikaçılar Partiyasının namizədi Donald Tramp oldu. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Trampın prezident seçilməsi ilə 1928-ci ildən bu günədək həyata keçməyən bir məqam bu seçkilərdən sonra reallaşdı. Belə ki. ABŞ-da son 88 il ərzində ilk dəfə olaraq prezidentin, Senatonun və Seçicilər Kollegiyasının eyni partiyaya mənsub olması D. Tramp dövründə reallaşır. D. Tramp 1928-ci ildən bəri Senata və Seçicilər Kollegiyasına hakim olan ilk prezident olacaq. Prezidentin Senat və Seçicilər Kollegiyasına hakim olması etmək istədiyi dəyişikliklər və siyasət baxımından önəm kəsb edir. Belə ki, ötən aylar respublikaçıların əlində olan Senatoya xəbərdarlıq etməsinə və Səudiyyə Ərəbistanının 11 sentyabr hadisələri ilə əlaqədar məhkəməyə verilməsini nəzərdə tutan qanun layihəsinin Senatdan keçməsini istəməməsinə baxmayaraq, ABŞ prezidenti Barak Obama heç nə edə bilməmiş və Konqres üzvlərini fikirlərdinən daşındıra bilməmişdi.

DİGƏR XƏBƏRLƏR

Top