Mingəçevirdə itkin düşən qadın tapıldı - Yenilənib


Mingəçevirdə itkin düşən 35 yaşlı qadın bu gün tapıldı.
İtgin düşən şəxsin yaxınları bu barədə Yeniavaz.com-a məlumata verib.
Bildirilir ki, qadın az öncə "Az.Dres" qəsəbəsindəki fermadan tapılıb.

***17:06
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Süleymanova Çinarə Fəxrəddin qızı iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
“Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və 050-793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.
Qeyd edək ki, ata-anası vəfat edən, ruhi əsəb xəstəsi olan Çinarə Süleymanova iki bacısı ilə birlikdə yaşayır.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top