Mingəçevirdə tibb işçilərinin peşə bayramı qeyd olundu - Fotolar


Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd edilib.

Yeniavaz.com xəbər verir ki, tədbir xəstəxananın akt zalında baş tutub.
Kollektivi və tədbirə dəvət olunmuş  təqaüddə olan həkimləri salamlayan publik-hüquqi şəxsin direktoru Faiq Abdullayev peşə bayramları münasibəti ilə bütün səhiyyə işçilərini təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. O bildirib ki, kollektivin əməyi İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən yüksək dəyərləndirilir.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov insanların sağlamlıqlarının qorunmasında xüsusi xidmətləri olan səhiyyə işçilərini salamlayaraq peşə bayramlarını təbrik edib, onlara ən xoş arzularını bildirib.
İcra başçısı Mingəçevir səhiyyəsinin, həkimlərin uğurlu işlərindən də söz açıb. Xüsusən çətin anlarda  fəallıq göstərən həkimlərə, tibb işçilərinə təşəkkürünü bildirib.
Şəhər İcra Hakimiyyəti adından həkim-nefroloq Allahverdi Alıyevə və həkim-cərrah Azin Əliyevə Fəxri Fərman təqdim olunub. Eləcə də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktorunun təqdimatı ilə  Əbdülqədir Sultanov, Məhəmməd Quliyev, Kərim Kərimov, Afiq Xudiyev, Aygün Tahirova -  Fəxri Fərman, Cəlal Hüseynov, İradə Kələşova, Elçin Məmmədov, Bəhruz İbrahimov, Murad İsmayılov Təşəkürnamə ilə təltif olunublar.
Tədbirdə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.


Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top