Mingəçevirdə Son zəng həyəcanı – Video


Mingəçevir şəhər Texniki Humanitar Liseydə 2022-2023-cü tədris ilinin Son zəngi çalınıb.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə şəhid ailələri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı Rüstəm Aslanov, Mingəçevir Təhsil Sektorunun müdiri Sevinc Həsənova, sektorun əməkdaşı Aybəniz Hacıyeva, müəllimlər, valideynlər iştirak ediblər. Bu il liseydən 102 şagird məzun olub. Şagirdlərdən 27 nəfəri buraxılış imtahanlarında 200 baldan yüksək nəticə göstərib, 6 nəfəri isə fərqlənmə attestatına namizəddir.
Şəhid ata və analarının xeyir duaları, qonaqların təbrikləri, şən musiqi, rəqslər, maraqlı səhnəcik, birincilərin musiqi kompozisiyası həyəcan və sevinclə dolu olan bu günü daha unudulmaz, yaddaqalan edib.



Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top