3 ildən sonra Azərbaycanda işsiz statusu alanların sayı açıqlandı


Bu il iyun ayının 1-nə olan məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 213,1 min nəfər olub və onlardan 4 milyon 920,6 min nəfərini məşğul əhali təşkil edib. Bu həm də o deməkdir ki, Azərbaycanda 292,5 min nəfər işsiz insan var.
Yeniavaz.com
 açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, Azərbaycanda işsiz şəxslərin 250,1 min nəfəri Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınıblar.
Rəsmi olaraq işsiz statusu verilən şəxslərin yalnız 1%-nə və ya 2 min 459 nəfərinə işsizlik müavinəti verilib.
Onu da bildirək ki, 2020-ci il aprelin 1-dən Məşğulluq Agentliyində qeydiyyata alınan işsiz şəxslərin sayı açıqlanmırdı.

DİGƏR XƏBƏRLƏR

Top