Boris Conson deputat vəzifəsindən istefa verib

boris conson nato-nun baş katibi vəzifəsinə namizəd olduğunu açıqladı
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson parlament üzvü vəzifəsindən istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, o, koronavirus məhdudiyyətlərini pozduğu iddiası ilə bağlı istintaq hesabatı dərc edilməzdən əvvəl qərarını açıqlayıb.
Yazılı açıqlamada Conson istefa verməyə məcbur edildiyini bildirib və buna görə istintaq komitəsini günahlandırıb.
O, əlavə olaraq qeyd edib ki, qeyri-demokratik şəkildə parlamenti tərk etməyə məcbur olub.
Xatırladaq ki, Consonun karantin zamanı şənliklərə qatıldığı ölkədə gündəm olub. Baş nazir ictimaiyyətin və siyasətçilərin qəzəb dalğası ilə üzləşmişdi. "Partygate" adlandırılan qalmaqal Consonun hakimiyyətdə olduğu iki il yarımlıq dövründə ən böyük böhrana çevrilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top