
Ankarada raket və partlayıcı maddələr istehsal edən fabrikdə partlayış baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altında 5 nəfərin qaldığı deyilir.
Məlumata görə, Ankaranın Elmadağ rayonunda yerləşən fabrikdə baş verən partlayışdan sonra yanğın başlayıb.
İçəridə dağıntılar altında qalan 5 nəfərin axtarışları davam edir.
Qeyd olunub ki, fabrikdə həm Türkiyənin Milli Müdafiə Nazirliyinin, həm də Daxili İşlər Nazirliyinin sursat ehtiyacları istehsal edir. Bu ərazidə sınaqların aparıldığı da bildirilir.