
PSJ-nin braziliyalı hücumçusu Neymar "Barselona"ya qayıtmayacaq.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun həyat tərzi və tez-tez zədələnməsidir.
Daha əvvəl mətbuatda Neymarın transferə hazırlandığı və bir neçə Premyer Liqa klublarının onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir.