Tramp 38 maddə ilə ittiham olunur - 400 illik həbs oluna bilər

tramp prezidentliyə namizəd olacağını açıqladı
ABŞ hakimiyyəti keçmiş ABŞ Prezidenti Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri düzgün saxlamamaqda ittiham edib.
Yeniavaz.com xəbər verir ki, bu, Florida ştatının cənub dairəsi məhkəməsinin elektron məlumat bazasında yerləşdirilmiş ittiham aktından irəli gəlir.
Sənədə əsasən, Trampa qarşı irəli sürülən ittihamlar arasında uzunmüddətli həbs müddəti - ümumilikdə 400 ilə qədər, həmçinin cərimələr var.
Qeyd olunur ki, irəli sürülən ittihamlar dövlət vəzifəsində işləməyə qadağa şəklində sanksiyalar nəzərdə tutmur. Beləliklə, Tramp prezidentliyə seçilə və bu vəzifəni icra edə biləcək.
İttiham aktında Trampın gizli sənədlər saxlaması və o sənədlərdə ABŞ-ın nüvə proqramları ilə bağlı məlumatlar da var.

DİGƏR XƏBƏRLƏR

Top