
Mingəçevir Dövlət Universitetində (MDU) "Məzun Günü – 2023" tədbiri keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, orta məktəb direktorları, təhsil sektoru və universitetin 6 şəhid məzununun valideyinləri iştirak edib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlara Fəxri Fərmanlar təqdim edilib.
"Məzun Günü" tədbiri musiqi və rəqs nömrələri ilə davam edib. Həmçinin tədbirdə gənclər və idman naziri Fərid Qayıbov məzunlarla rəqs edib.
Həmin görüntüləri təqdim edirik:






Esmira Hidayətova, Mingəçevir