
ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşü zamanı Britaniya liderinin vəzifəsini səhv salıb.
Yeniavaz.com xəbər verir ki, Sunakı Ağ Evdə qarşılayan Bayden ona "cənab prezident" deyə müraciət edib.
Amerika lideri dərhal səhvini düzəldib və gülüb:
"Cənab prezident? Mən sizin vəzifənizi yüksəldirəm! Cənab Baş nazir, xoş gəlmişsiniz".