Hazırda ölkədə 20 aktiv COVID xəstəsi var


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların
sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.
Məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 4 nəfər sağalıb.
Vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 876 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.
Eyni zamanda ölkədə son sutka ərzində 43 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 068 olub.

DİGƏR XƏBƏRLƏR

Top