
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücum əməliyyatını başladığlını bəyan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı jurnalistlərə açıqlamasında danışıb.
"Biz qəti şəkildə deyə bilərik ki, Ukraynanın hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir", - Putin bildirib.
Prezident Ukraynanın əks-hücum cəhdlərini uğursuz adlandırıb:
"Ukraynanın indiyə qədər etdiyi bütün əks-hücum cəhdləri uğursuzluğa düçar olub. Lakin Kiyev rejimi qoşunlarının hücum potensialı hələ də var".