Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadın azadlığa buraxıldı


Ermənistan məhkəməsi ölkənin Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmaqda təqsirləndirilən mərhum əsgərin anası Qayane Akopyan barədə qərar verib.
Yeniavaz.com
"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Akopyan 4 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.
Məhkəmə qərarına əsasən, Akopyan məhkəmə orqanının icazəsi olmadan ölkəni tərk edə bilməz, yaşayış yerini dəyişərkən probasiya xidmətinə məlumat verməlidir.
Mərhum əsgərin anası məhkəmə binasında sərbəst buraxılıb.
Aşot Paşinyan jurnalistlərə bildirib ki, bu qərar onu qane edir. Onun sözlərinə görə, ədalətin məqsədi insanı cəzalandırmaq deyil, cinayətlərin qarşısını almaq və sayını azaltmaqdır.
Xatırladaq ki, mayın 17-də baş nazirin ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti Aşot Paşinyanın oğurlanması cəhdi barədə məlumat yayıb. Bu hadisədə müharibədə həlak olan əsgərlərin valideynlərini birləşdirən "Oğulların çağırışı" təşkilatının üzvləri ittiham ediliblər.
Mayın 20-də məhkəmə Qayane Akopyanı bir ay müddətinə həbs edib.

DİGƏR XƏBƏRLƏR

Top