Messi "İnter Mayami"yə keçdiyini təsdiqlədi - Yenilənib

messi psj-dən ayrılacağını açıqlayıb
Argentinalı futbolçu Lionel Messi "İnter Mayami"yə keçdiyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, hücumçu bu barədə "Mundo Deportivo" qəzetinə açıqlamasında bildirib.
""Barselona"ya keçmirəm, "İnter Mayami"yə keçəcəyəm. Qərar 100% təsdiqlənib", - Messi açıqlayıb.
O qeyd edib ki, transfer 100% tamamlanmasa da, qərarı qətidir.

***22:14
Argentinalı hücumçu Lionel Messinin ABŞ-ın "İnter Mayami" klubuna keçəcəyi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tvitter hesabında paylaşım edib.
"Lionel Messi "İnter Mayami"yə keçdi! Qərar verilib və Leo bunu yaxın saatlarda açıqlayacaq", - paylaşımda deyilir.
Qeyd edək ki, klub Devid Bekhemin rəhbərlik etdiyi "Mayami Bekhem Yunayted" investor qrupuna məxsusdur.
Xatırladaq ki, ulduz oyunçu bu ayın əvvəlində PSJ-dən ayrılacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top