
Şimali Koreya lideri Kim Çen In ölkədə intiharın qadağan edilməsi barədə sərəncam verib.
Yeniavaz.com "Mirror"a istinadən xəbər verir ki, ölkə başçısı bunu "sosializmə xəyanət" kimi qiymətləndirib və yerli hökumətlərə qabaqlayıcı tədbirlər görməyi tapşırıb.
Nəşrin məlumatına görə, Şimali Koreya vətəndaşları arasında intiharların sayı 2022-ci illə müqayisədə 40% artıb.
Bildirilir ki, intiharların əksəriyyəti yoxsulluq və aclıq üzündən baş verib.