"Ya normal dialoq, ya da bu cür bəyanatlar" – Zaxarovadan Qriqoryana cavab


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamalarına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə Qriqoryanın Rusiya silahlarının Ermənistana satılması ilə bağlı açıqlamalarına cavab verib.
"Mən istərdim ki, Ermənistanın yüksək rütbəli nümayəndəsi artıq qərar versin: ya normal dialoq, ya da bu cür bəyanatlar. Biz birincini seçirik".
Xatırladaq ki, iyunun 4-də Armen Qriqoryan Respublikanın İctimai Televiziyasına müsahibəsində Ermənistanın bir çox ölkələrlə silah alınması ilə bağlı intensiv danışıqlar apardığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top