Kaxovskayadakı partlayış balıqların kütləvi ölümünə səbəb oldu - Video


Kaxovskaya bəndində baş verən partlayış su anbarında suyun səviyyəsinin kəskin azalması və balıqların kütləvi ölümünə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial şəbəkə hesabında video paylaşıb.  
Görüntülərin Dnepropetrovsk vilayətinin Maryanskoe kəndi yaxınlığında çəkildiyi deyilir.

Qeyd edək ki, iyunun 6-na keçən gecə Rusiya Kaxovskaya su elektrik stansiyasının bəndini partladıb. Potensial daşqın zonasında 80- ə yaxın yaşayış məntəqəsi var və onların əksəriyyəti müvəqqəti olaraq düşmən tərəfindən işğal olunub. Evakuasiya yolların aşınması səbəbindən çətinləşir.

DİGƏR XƏBƏRLƏR

Top