Tağı Əhmədov ömürlük yerimə qabiliyyətini itirib - KİV


“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabiliyyətini itirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.
Bildirilir ki, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.
Qeyd olunub ki, hazırda o, Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.
Sayt yazır ki, T. Əhmədovun həyat yoldaşı Salatın Əhmədova faktı təsdiqləyib.
"Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem çıxıb. İndi onu müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək", - S. Əhmədova bildirib.

DİGƏR XƏBƏRLƏR

Top