Dəlixana ilə hədələndiyini deyən fəal ruhi-əsəb dispanserinə yerləşdirilib


Müqavimət Hərəkatı üzvü Ziyafət Abbasovadan bir sutkaya yaxındır xəbər almaq mümkün olmur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat veriblər.
Onlar Z. Abbasovanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edirlər.
“Ötən gün 11:30 radələrində Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb. Ziyafət xanım mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya qoymaqla hədələyir”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, ictimai fəalın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır:
“Z.Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top