İran ilk hipersəs ballistik raketini təqdim edib


İran öz istehsalı olan ilk hipersəs ballistik raketini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi İranın dövlət mediasına istinadən məlumat yayıb.
Mərasimdə İran Prezidenti İbrahim Rəisi və İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) komandanları iştirak ediblər.
""Fəttah" hipersəs raketi 1400 km uçuş məsafəsinə malikdir və bütün müdafiə qalxanlarını keçmək iqtidarındadır", - İİKK Hərbi Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib.
İran mediası iddia edir ki, "Fəttah" (Qələbə) ABŞ və İsrailin ən qabaqcıl antiballistik sistemlərini, o cümlədən İsrailin "Dəmir Qübbə"sini yan keçə bilir.

DİGƏR XƏBƏRLƏR

Top