
Qarabaşaq ununun köməyi ilə əlavə çəkidən qurtula, bədəni toksinlərdən təmizləyə, enerji və endorfinlər ilə doldura bilərsiniz. Ancaq məhsulun əsas faydalı xüsusiyyəti tiroid vəzini normallaşdırmasıdır.
Yeniavaz.com Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə qastroenteroloq Daria Haritonova danışıb.
"Xəstələrimə mütəmadi olaraq müxtəlif yeməklərin hazırlanmasında qarabaşaq unundan istifadə etməyi tövsiyə edirəm. Çörəyə, qənnadı məmulatlarına əlavə edilə və ya onun əsasında müalicəvi içki hazırlaya bilərsiniz", - ekspert bildirib.
İçkinin tərkibi:
- Qarabaşaq - 1 xörək qaşığı;
- Qatıq - 1 stəkan.
Hazırlama qaydası:
Quru qarabaşaq yarmasını qəhvəüyüdəndən keçirin və qatıqla qarışdırın. İçki bir gecə soyuducuda qalmalıdır.
Səhər yeməyindən yarım saat əvvəl içilməlidir.
Yalnız iki komponentə əsaslanan təbii müalicəvi vasitə sayəsində sağlamlığınız möhkəmlənəcək:
- Qan şəkərinin səviyyəsi azalacaq,
- Damarlarda daha az xolesterol lövhələri olacaq,
- Mədə-bağırsaq sistemi saat kimi işləyəcək,
- Tiroid vəzi lazımi hormonları düzgün nisbətdə istehsal etməyə başlayacaq,
- Mədəaltı vəzinin fəaliyyəti yaxşılaşacaq.