Kim Çen In İlham Əliyevi təbrik etdi


Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilib:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.
Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.
Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

DİGƏR XƏBƏRLƏR

Top