
Azərbaycanlı oyunçu Əli Cahangirov “Fantasy Premier League” yarışının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FPL-nin Tvitter hesabında paylaşım edilib.
Paylaşımda bildirilib ki, FPL oyununda iştirak edən azərbaycanlı Əli Cahangirov 2022-2023 mövsümü üzrə yarışın qalibi olub.
🏆 @FplGunz 🏆
— Fantasy Premier League (@OfficialFPL) May 28, 2023
Congratulations to 2022/23's #FPL champion, Ali Jahangirov! pic.twitter.com/gAc5eTCLGv

Məlumat üçün bildirək FPL yarışında oyunçular özləri üçün İngiltərə Premyer Liqasında çıxış edən futbolçulardan ibarət komandalar yığırlar. Həmin futbolçuların həftəlik performasına görə isə müxtəlif xallar əldə edirlər.
