Tərtərdəki partlayışın səbəbi açıqlandı - Yenilənib


Bu gün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı partlayış baş verib.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatı təhlükəsi yoxdur.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.


***17:19
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı yaralanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top