Həlak olan hərbçimizə şəhid statusu veriləcək - Yenilənib


Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib:
"Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək".

***12:28
Sosial şəbəkələrdə  ildırım vurması nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun fotosu yayılıb.
Sözügedən fotonu təqdim edirik:


***10:18
“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.
Bu barədə Müdafiə Nazirliyindən Yeniavaz.com-a bildirilib:
“Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, - məlumatda qeyd edilib.

***09:48
Azərbaycan Ordusunun əsgəri Məmmədli Davud Fuad oğlu faciəvi şəkildə ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yaxınları Lent.az-a məlumat veriblər.
Onların sözlərinə görə, hadisə Daşkəsəndə qeydə alınıb.
Bildirilib ki, 20 yaşlı D. Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top