Nazirliyin rus dilindəki paylaşımı müzakirələrə səbəb oldu – Fotolar


Səhiyyə Nazirliyinin rəsmi “LinkedIn” hesabında rus dilində edilən paylaşım sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Nazirliyin rəsmi hesabında rus dilində paylaşım edilib.

Daha sonra isə səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov sözügedən paylaşımı öz hesabında paylaşıb. R.Hacıəlibəyov da etdiyi paylaşımda fikirlərini rus dilində ifadə edib.

Nazirliyin və qurumun rəhbərliyində təmsil olunan rəsmisinin rus dilində paylaşımları sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə gətirib çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top