Soyuq su ilə duş ciddi təhlükəyə səbəb ola bilər


Çox soyuq duş ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “iz.ru” Rusiya həkimlərinə istinadla məlumat yayıb.
Bildirilib ki, istənilən soyuq su hipotermiyaya, burun axması, bronxit, aşağı və yuxarı tənəffüs yollarının digər iltihablarına səbəb olur.
Bundan əlavə, soyuq su vazospazma və potensial ölümcül sağlamlıq problemlərinə səbəb ola bilər. Vazospazm yüksək qan təzyiqi, ürək-damar fəlakətləri riskidir. İnsult və ya infarkt ola bilər. Miokard infarktının da belə bir forması var.
Həmçinin ürək-damar xəstəliklərinin olması halında isti vannadan da imtina etmək vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top