
“Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu baş tutub.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Bildirək ki, matçdan əldə olunan gəlirlər Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.