
“Agence France-Presse” (AFP) jurnalisti Arman Solden Baxmutda dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Bildirilib ki, Solden Çasova Yar şəhərinin kənarındakı atışma nəticəsində ölüb.
Soldenin fotojurnalist olduğu, 2022-ci ilin sentyabrından Ukraynada videoçəkiliş koordinatoru vəzifəsində çalışdığı qeyd edilir.