“Qarabağ-2”nin futbolçusu vəfat etdi


“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl məşqinin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.

Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.

DİGƏR XƏBƏRLƏR

Top