“Deepfake” nədir, necə müəyyən etmək olar? – Video


Artıq sirr deyil ki, bir şəxsi heç vaxt etmədiyi və ya demədiyi şeyləri edir və ya deyirmiş kimi göstərmək mümkündür. Bunun üçün istifadə olunan texnologiya qarışıq görünsə də, əslində olduqca asandır. Alternativ reallıq yaratmaq üçün bəzi vizual görüntülər və ya səs yazısı kifayətdir.
Yeniavaz.com
xarici mediaya istinadla xəbər verir ki, süni intellekt texnologiyasının köməyi ilə yaradılmış bu manipulyasiya edilmiş məzmun sintetik məzmun və ya ingilis dilində ümumi istifadədə olan adı ilə “Deepfake” adlanır.

“Deepfake” nədir və necə işləyir?
Deepfake süni intellekt vasitəsilə yaradılmış audio və video faylları təsvir edən bir termindir. Bir insanın üzünün digəri ilə əvəz olunduğu fayllar, dodaq sinxronizasiyası zamanı natiqin ağzının orijinaldan fərqli bir səs ilə tənzimlənə biləcəyi, insanın demədiyi şeyləri söyləməsi üçün istifadə edilən səs klonlama texnikası və s. bura daxildir.
Bu sintetik video manipulyasiyalar “Generative Adversarial Networks” və ya qısaca GAN üzərində yaradılır.

“Deepfake” necə müəyyənləşdirilir?
Nəyin real, nəyin saxta olduğunu ayırd etmək üçün dərin saxtakarlıq mütəxəssisi olmağa ehtiyac yoxdur:

  1. Tələsməyin və məzmuna yenidən baxın. Paylaşmadan əvvəl düşünün. Özünüzdən soruşun: bu, həqiqətən, doğru ola bilərmi? Belə bir şeyin olmasını gözləmək olarmı? Əmin deyilsinizsə, paylaşmayın.
  2. Eyni hekayəni və ya məzmunu müxtəlif və etibarlı mənbələrdən tapa bildiyinizi tez yoxlayın. Sürətli internet axtarışı sizə real hekayəyə dair ipucuları verəcək.
  3. Başqa versiya tapmağa və müqayisə etməyə çalışın. Əgər iddiaya, şəkilə və ya videoya etibar etmirsinizsə, onu “Google” və ya “DuckDuckGo” axtarış sistemlərində müəyyən edin. Sonra başqa versiya tapın və iki versiyanı müqayisə edin. Bunun üçün standart internet axtarışından istifadə edə və ya əks şəkil axtarışını sınaya bilərsiniz.
  4. Sintetik və manipulyasiya edilmiş məzmunda, demək olar ki, görünməyən ipucularını tapmaq çətin məsələdir. Bu cür manipulyasiyalar videoda qəribə atlamalar, səs vurğusunun dəyişməsi, keyfiyyətsiz səs, bulanıq ləkələr, əzaların qəribə formaları və digər qeyri-adi uyğunsuzluqlarla aşkar edilə bilər. Hisslərinizə və instinktlərinizə etibar edin. Həmişə özünüzdən soruşun: bunun mənası varmı? Diqqətlə və həmişə iki dəfə baxın. Detallara diqqət yetirin və dostunuzdan və ya həmkarınızdan ikinci rəy alın.
  5. Dərin saxta məlumat aşkarlama ipucularını axtarın: Mükəmməl simmetrik üz, uyğun olmayan sırğalar, qulaqların, burunların və dişlərin qeyri-adi formaları, kontrastın itirilməsi, boyun, saç və ya barmaqlardakı uyğunsuzluqlar.
  6. Dodaq sinxronizasiyasını aşkar etmək üçün ağız və dodaq hərəkətlərini böyüdün və onları öz davranışınızla müqayisə edin. Müəyyən bir səs çıxararkən ağız necə olmalıdır?

Təhlükələri nələrdir?
“Deepfake”in cəmiyyət üçün təhlükəsi onun medianı istehlak etmə tərzi ilə düz mütənasibdir. Bir insan orta hesabla bir çox onlayn mediada vasitəsində olur və paylaşdıqlarının həqiqətən doğru olduğuna həmişə əmin olmaya bilər.
Qütbləşmiş cəmiyyətlərdə bu, doğru olub-olmamasından asılı olmayaraq insanları bir şeyə inandırmaq üçün geniş imkanlar verir. Ona görə də videonun keyfiyyəti o qədər də önəmli deyil. Bu, o anda gözlərinizlə gördüklərinizlə əlaqəlidir, real olsun və ya olmasın.
Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakisin Almaniyaya orta barmaq göstərməsi, məşhur futbolçu Devid Bekhemin doqquz dildə danışdığı və ya feysbukun qurucusu Mark Zukerberqin məlumatlarınızı yoxladığı üçün sizi yoxladığını dediyi görüntülər məşhur “deepfake” nümunələrindəndir.


Nəticə...
Əksər dezinformasiyaların yayılmasının arxasında bir səbəb var: Şübhə yaratmaq, məşhur inancları dəstəkləmək və ya digər inanclara qarşı çıxmaq. Kontekstdən kənar, redaktə edilmiş və ya saxta olan şəkilləri və audioları yoxlamaq çox çətindir. Hələlik, dərin saxtakarlığı daha yaxşı aşkar etmək üçün yuxarıda qeyd edilənləri oxuyaraq məlumatlı ola bilərsiniz.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinə 12 gün qalmış müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu Tvitter hesabında etdiyi paylaşımda “dark web” dünyası ilə bağlı rabitə naziri Fahrettin Altuna xəbərdarlıq etdiyini bildirib.

Jurnalist Murat Yetkin “YetkinReport” saytında Kılıçdaroğlunun xəbərdarlığı nə ilə bağlı etdiyini yazıb:
“Gələn kəşfiyyat məlumatlarına görə, Rabitə Nazirliyi vasitəsilə Kılıçdaroğlunun seçki kampaniyasına zərbə vurmaq üçün “Deepfake” və “Cambridge Analytica” kimi sistemlərdən birlikdə istifadə edərək “saxta video və audio yazılar” yaratmaq üçün göstəriş verilib”.

DİGƏR XƏBƏRLƏR

Top